Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver
Tarixi

   Azərbaycanın Milli Karate Federasiyası AMKF 1994-cü ildə yaradılmışdır. 1997-ci ildən AMKF dünyada ən böyük karate təşkilatı sayılan, 191 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan Dünya Karate Federasiyasının (WKF) tam hüquqlu üzvüdür. 1996-cı ildə biz Avropa Karate Federasiyasına (EKF) daxil olmuşduq.

   

     Dünya Karate Federasiyasının struktur vahidləri aşağıdakılardır: 

-

ЕКF (Avropa Karate Federasiyası)

53 ölkə

www.ekf-karate.net

-

AKF (Asiya Karate Federasiyası)

42 ölkə

www.akf-karatedo.com

-

OKF (Okeaniya Karate Federasiyası)

12 ölkə

www.oceaniakarate.com

-

AKF (Afrika Karate Federasiyası)

49 ölkə

www.karateafrique.org

-

PKF (Panamerika Karate Federasiyası)

37 ölkə

www.karatepkf.com

    

     WKF Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tanıdığı yeganə karate federasiyasıdır (İOC-un 17 Mart 1999-cu il tarixli 109-cu sessiyası). Onun məqsədi - olimpiya proqramına daxil olmaq üçün karatenin bütün üslub və istiqamətlərinin ümumi yarış qaydaları altında birləşdirməkdir.

 

   Son bir neçə il Milli Karate Federasiyasının rəsmi sponsoru Azərbaycanın Beynəlxalq Bankı hesab olunur. Onun köməkliyi ilə bizim idmançılar WKF tərəfindən keçirilən bütün rəsmi yarışlarda iştirak etmək imkanına malikdirlər. Gənclər və İdman Nazirliyi, eyni zamanda şəxsən Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə Prezidenti İlham Əliyev karatenin inkiafına böyük köməklik və dəstək göstərir. Bir faktı qeyd etmək xoş olardı ki, İlham Əliyev karate üzrə fəxri 9-cu dan qara kəmərə malikdir və bizim Federasiyanın fəxri üzvüdür.

    

     Karate üzrə Azərbaycan milli komandası avropa və dünyada ən güclü komandalardan biridir. Ötən illər ərzində bizim karateçilərimiz dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında öz sözünü deyiblər. Hal-hazırda milli komanda tərkibində - əsl karate ulduzları var: dəfələrlə Dünya və Avropa çempionu, Dünya Oyunlarının, Avropa Oyunlarının, İslam Oyunlarının qalibi Rəfael Ağayev, Dünya çempionu İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Pərviz Abdulkərimov, Ceyhun Ağasiyev, Rüstəm Mədədov, Fəyyaz İldırımzadə və Niyazi Əliyev, Avropa çempionatının bürünc mükafatçısı Amal Atayev, Yusif Cəfərov, Şahin Atamov və Rəşad Hüseynov kimi daha bir neçə titullu idmançılarımız var.

    

     Azərbaycan Milli Karte Federatsiyasının idman bazası aşağıdakı ünvanda yerləşir: Bakı şəh, AZ 1072, Heydər Əliyev prospekti 92A ("İnter Arena")

 

     Əlaqə telefonu:

 012-567-10-21 (daxili 169, 170);  İndeks: AZ11129; Mobil: +99450 500-08-68 

 www.karate.az; e-mail: wkf@karate.az;