Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver
Tarixi

 

 

 

 

 

 DÜNYA KARATE FEDERASIYASI (WKF)

 

Avropa Karate Federasiyası Dünya Karate Federasiyasında xüsusi çəkiyə malikdir. Heç də təsadüfi deyildir ki, WKF-in prezidenti məhz AKF-nin prezidenti Аntonio Espinosdur. Bu da Avropa karate hərəkatının bu idman növü üzrə ümumdünya təşkilatının formalaşmasında göstərdiyi böyük xidmətlərilə bağlıdırr.

Yaponia döyüş sənəti sayılan karate artıq İkinci dünya müharibəsi başa çatdıqdan sonra Avropa ölkələrində yayılmağa başlayıb. Karatenin ilk təbliğatçıları isə taleyin iradəsilə Avropaya gəlib düşümüş yapon təlimatşıları olmuşlar. Onlar özlərinin əlbəyaxa döyüş sənətlərini yeni tələbələrinə öyrətməyə hazır idiliər, amma idmanın digər növlərində olduğu kimi, karate üzrə milli və beynəlxalq təşkilatların yaradılmasından ötrü heç bir səy göstərmirdilər. İntəhası, onların avropalı yetirmələri tədricən anlamağa başlayırdılar ki, karate üzrə milli təşkilatların, daha sonra isə beynəlxalq təşkilatın yaradılması zərurətə çevrilir.

Avropa ölkələrinin karate üzrə təşkilatlarının birliyini yaratmaq təşəbbüsü Fransaya məxsusdur. Hələ 1963-cü ildə Fransa Karate Assosiasiyasının prezidenti Jak Delkur o zaman karatenin daha sürətlə inkişaf elədiyi Avropanın 7 ölkəsinin nümayəndəsini Parisə dəvət edir. Nəticədə 1963-cü il dekabrın 15-də Parisdə Fransa, Belçika və Böyük Britaniya nümayəndələrinin iştirakı ilə karate üzrə I Avropa konqresi keçirilmişdir. Həmin toplantıda Avropada karatenin vəziyyəti və onun inkişaf perspektivləri, yarış qaydalarının vahid şəklə salınması ilə bağlı təkliflər müzakirə olunmuşdur.

Konqres Avropa ölkələrinin karate üzrə milli təşkilatlarının nümayəndələrinin illik görüşlərinin başlanğıcını qoydu. Bu təşkilatların sayı isə durmadan artırdı. 1965-ci il noyabrın 21-də keçirilən karate üzrə III Avropa konqresi Avropa Karate İttifaqının (European Karate Union – EKF) yaradılması barədə qərar qəbul etdi. Jak Delkur yekdilliklə ittifaqın prezidenti seçilir. Onu da qeyd edək ki, Avropa Karate İttifaqı Ümumyaponiya Karate Federasiyasından (1964) cəmi bir il sonra yaradılmışdır.

Növbəti ildə, 1966-cı il mayın 7-də Parisdə ilk dəfə olaraq karate üzrə Avropa Çempionatı keçirilmişdir. Bununla da bu idman növündə illik Avropa çempionatlarına start verilmişdir.

İdman karatesinin bütün dünyada sürətlə yayılması qitələrarası beynəlxalq təşkilatın yaradılması barədə məsələni gündəliyə gətirir. 1970-ci ildə Karate Təşkilatlarının Ümumdünya İttifaqı (World Unoin of Karate Organizations (WUKO) yaradılır. Yeni ittifaqın prezidenti Ümumyaponiya Karate Federasiyasının prezidenti Sasakava Röiti, sədri isə Jak Delkur olur.

1970-ci il oktyabrın 10-da WUKO-nun təşkilatçılığı ilə Tokioda karate üzrə I Dünya Çempionatı keçirilir. Bu da idman karatesi üzrə böyük turnirlərin başlanğıcı olur. Həmin yarışlara ümumdünya karate konqresi tərəfindən dünyanın onlarla ölkəsindən yüzlərlə güclü karateçi cəlb edilir.

Əgər I Dünya Çempionatında I və II yerləri yalnız III yeri kanadalı Karnioya güzəştə gedən yapon döyüşçüləri tutmuşdularsa (yarışlar mütləq çəki kateqoriyasında keçirilir), növbəti çempionatlarda liderliyi Avropalı atletlər ələ keçirirlər.

1985-ci ildə Karate Təşkilatlarının Ümumdünya İttifaqı (WUKO) rəsmi olaraq Beynəlxalq olimpiya təşkilatı kimi tanınır və karatenin olimpiya idman növləri sırasına daxil edilməsinə hazırlıqla bağlı fəal iş görməyə başlayır.

 

Yarışların keçirilməsi qaydalarına  edilən və bu qaydaları daha baxımlı, anlaşıqlı, hakimləri isə daha obyektiv etməyə hesablanan dəyişikliklər WUKO-nun yenidən təşkil olunmasına və 1999-cu ildə onun əsasında yeni bir təşkilatın  - Ümumdünya Karate Federasiyasının (World Karate Federation - WKF) yaranmasına səbəb oldu.  

 

   AVROPA KARATE FEDERASIYASI (AKF)

 

Avropa Karate Federasiyasının (AKF) üzvləri 53 ölkənin milli təşkilatları hesab olunurlar: Avropanın bütün ölkələri, İsrail, Türkmənistan. Federasiyanın prezidenti – İspaniyanın nümayəndəsi Аntonio Espinosdur.

Avropa Karate Federasiyası Ümumdünya Karate Federasiyasına (World Karate Federation - WKF) daxildir. Bu qurum özündə Beynəlxalq Olimpiya Komitəsinin daimi üzvü sayılan dünyanın 183 ölkəsinin federasiyasını birləşdirir ki, onlar da karatenin Olimpiya oyunlarının propqramına daxil etdfirməkdən ötrü fəal iş aparırlar. WКF Beynəlxalq Olimpiya Komitəsində karateni təmsil etmək hüququna malik yeganə təşkilatdır.

 

AKF hər il üç turnir keçirir. Avropa çempionatı, gənclər və yeniyetmələr arasında Birincilik və çempionların turniri. Avropa karateçiləri dünyada aparıcı mövqelərə malikdirlər. Dünya çempionların böyük əksəriyyəti Avropanın müxtəlif ölkələrinin nümayəndələridir. Buna görə də Azərbaycan Respublikasının paytaxtı Bakışəhərində keçirilən Gənclər və Yeniyetmələr arasında 39-cu Acropa Çempionatı, mübaliğəsiz, idman karatesi üzrə dünya elitasının yüksək texniki səviyyədə görüşü də hesab etmək olar.

 

                    KARATE WKF AZƏRBAYCANDA

 

Ölkəmizdə karate WKF Azərbaycan Milli Karate Federasiyasının yaradılmasından sonra fəal inkişaf etməyə başladı. 1997-ci ildə biz Ümumdünya Karate Federasiyasının (WKF) rəsmi üzvü olduq, WKF-in Azərbaycanda rəsmi təmsilçisi isə Milli Karate Federasiyasının Prezidenti, əla idmançı və təşkilatçı, biologiya elmləri namizədi, 2 qat Dünya kuboku sahibi, Dünya və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, 7 dan qara kəmər sahibi Yaşar Eyyub oğlu Bəşirovdur .

Azərbaycan yığma  komandası Dünyada ən güclülərdən biridir. Keçən zaman ərzində karateçilərimiz Avropa və Dünya çempionatlarında dəfələrlə parlaq nəticələr göstərmişlər. Yığma komandanın tərkibində-dünya səviyyəli ulduzlar: dəfələrlə Avropa və Dünya çempionu, Dünya oyunları qalibi Rəfael Ağayev, Yeniyetmələr və Gənclər arasında Dünya çempionu İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Ceyhun Ağasiyev, Rüstəm Mədədov, Niyazi Əliyev, Fəyyaz İldırımzadə, Avropa çempionatının bürünc mükafatçıları Amal Atayev, Şahin Atamov və Rəşad Hüseynov.

WKF prezidenti Antonio Espinos dəfələrlə cənab prezident İlham Əliyevə məktub göndərib və bu məktubda Azərbaycan karateçilərinin uğurları ilə fəxr etdyini bildirmişdir. O, ilk dəfə Azərbaycana 2003-cü ildə Heydər Əliyevin 80 illiyinə həsr edilən, WKF qaydaları üzrə keçirilən karate üzrə  I “Prezident kuboku” nun fəxri qonağı kimi gəlmişdi.

İdmançılarımızın beynəlxalq arenadakı uğurlarına, Azərbaycanda karatenin inkişafına şəxsi töhfəsinə görə  Antonio Espinos görüş zamanı cənab İlham Əliyevə 8 dan qara kəmər təqdim etdi. Hal-hazırda MDB ölkələri ərazisində dan üzrə ən yüksək dərəcədir.”Prezident kuboku”nun təntənəli açılış mərasimində 7 dan qara kəmər də Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirova təqdim olunmuşdur.Onun qısa zaman ərzində profesional idmançı və məşqçilərdən ibarət komanda yaratmaq  bacarığı və təşkilatçılıq qalibiyyəti vurğulanmışdır.

“Azərbaycan cəmi bir neçə ildir ki, WKF-in üzvüdür, lakin bu vaxt ərzində sizin idmançılar çox möhtəşəm uğurlar əldə ediblər, xüsusilə də Yeniyetmələr və Gənclər üzrə Avropa və Dünya çempionatlarında. Məlumdur ki, stil istiqamətlərindən fərqli olaraq, WKF yarışlarında yaxşı nəticə əldə etmək çox çətindir.Buna baxmayaraq, sizin idmançılar beynəlxalq tatamidə parlayır, - Antonio Espinos bildirdi.

 

Karate üzrə Yeniyetmələr və gənclər arasında 39-cu Avropa çempionatını keçirmək hüququnun ölkəmizə verilməsi Azərbaycan karatesinin nailiyyətlərinin tanınmasına sübutdur.