Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver
Bakı 2015

 

     Karate dünyada sürətlə inkişaf edən təkbətək döyüş növlərindən və birinci Avropa Oyunlarında keçiriləcək dörd qeyri-olimpiya idman növündən biridir. Karateyə müxtəlif texnika, o cümlədən qarşı tərəfi bloka salmaq, yaxud onun hərəkətinə mane olmaq, zərbələr, zərbədən qaçmalar, hücumlar və birgə manipulyasiyalar daxildir. Karate təlimi üç aspektə bölünür: "kihon" (əsas texnika), "kata" (ardıcıl texniki hərəkətlər) və "kumite" (əlbəyaxa döyüş). Bakı 2015 Avropa Oyunlarında kata və kumite üzrə medal uğrunda yarışlar nümayiş olunacaq.

     Ötən əlli ildə bu döyüş növü məşhurluq qazanaraq bütün sosial qruplar arasında millionlarla insanı cəlb edib. Yüz ildən daha az müddət əvvəl karate döyüşü kiçik Okinava adasını tərk edib və hazırda karate hər irqə mənsub insanlar tərəfindən həm tədris olunur, həm də öyrədilir. Avropa Karate Federasiyası (AKF) Avropada karate idmanının rəhbər orqanıdır və Olimpiya Nizamnaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq həvəskar əsasda öz fəaliyyətlərini həyata keçirir. Hazırda dünyada karate üzrə üç aparıcı ölkə Avropadandır.

     Bakı 2015 Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında son dərəcə gözəl tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər. 

TƏSNİFAT

Karate üzrə təsnifat yerləri əvvəlki təsnifat yarışlarındakı reytinqlərə, yerli MOK üçün ayrılan yerlərə və universallıq prinsiplərinə görə müəyyən olunacaq.

 

MEDAL UĞRUNDA YARIŞLAR

FAKTLAR VƏ RƏQƏMLƏR

  • Karate idmançısı "karateçi" adlandırılır.
  • Karate ilk dəfə ictimaiyyət qarşısında 1917-ci ildə Yaponiyada nümayiş etdirilmişdir.
  • Avropada təxminən 1,5 milyon insan karate ilə məşğuldur.
  • AKF-yə 52 ölkə üzvdür.
  • Yarış zamanı hakimlərin elanı Yapon dilində təqdim olunur.

 

 

  

Bakı 2015 1-ci Avropa Oyunlarının rəsmi veb səhifəsində Karate bölməsinə daxl olun