Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

“Zirvə” Beynəlxalq İdman Klubunun Karateçilərinə dan sertifikatları verilib

A+ a-
04 Fevral 2019 11:07

 Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov “Zirvə” Beynəlxalq İdman Klubunun Karate bölməsinin idmançıları ilə görüşdə, onlara növbəti dan sertifikatlarını təqdim edib. 

“Zirvə” Beynəlxalq İdman Klubunun Karate bölməsinin baş məşqçisi Rüstəm Əkbərov, imtahandan uğurla çıxan uşaq və yeniyetmə karateçiləri təltif etmək münasibətlə təlim-məşq zalına təşrif buyuran federasiya prezidentinə

minnətdarlığını bildirib. 

Azyaşlıların olimpiya idman növü karate ilə məşqul olması üçün yaradılan şəraitə görə “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərova, həmçinin baş məşçqi R.Əkbərova təşəkkürlərini çatdıran Y.Bəşirov, klubun yetirmələri arasında böyük zəfərlər qazanan idmançılar olacağına inandığını söyləyib. O, bu yaxınlarda T.Heydərov tərəfindən Rüstəm Əkbərovun mənzillə mükafatlandırılmasını və onun yetirmələri arasında "Olimpiya ümidləri" nominasıyasında qaliblər olmasını yüksək dəyərləndirib. Y.Bəşirov yeni yaranmasına baxmayaraq, klubun yetirmələri arasında qısa zaman ərzində respublika və beynəlxalq yarışların qalib və mükafatçıları olduğunu, hətta onların qarşıdakı avropa çempionatının heyətində yer almasını sevindirici hal kimi qiymətləndirib.

Görüşün sonunda sınaqları müvəffəqiyyətlə başa vuran 60 uşaq və yeniyetmə karateçiiyə müvafiq dan sertifikatları verilib. 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov