Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya çempionatında komanda yarışları başlandı

A+ a-
08 Noyabr 2018 13:29

     6-11 noyabr tarixləri İspaniyanın paytaxtı Madriddə böyüklərin 24-cü dünya çempionatında 3-cü yarış günü keçirilir.

     Fərdi yarışlar artıq komanda turniri ilə davam edir. Bu günü kata üzrə kişilərdən ibarət milli komanda və kumite üzrə qadınların seçmə heyəti və para-karate üzrə idmançımız mübarizəyə qatılır.

     Azərbaycan karateçiləri fərdi yarışları bir final və bürünc medal uğrunda görüşə yüksəlməklə başa vurdular. İrina Zaretska (-68 kq) böyüklər arasında ilk qızıl medalı qazanmaq üçün, Rafael Ağayev (-75 kq) isə karyerasında nail olduğu dünya çempionatlarının 5 qızılı və 2 gümüşündən sonra medal dəstində çatışmadığı bürünc mükafat uğrunda tatamiyə çıxacaq. Hər iki görüş 10 noyabrda keçiriləcək.

     Olimpadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatında rekord sayda, 140 ölkədən 1147 idmançı iştirak edir. Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edir. İdmançılarımız yalnız qadınların kata komandalarının yarışına qatılmayıb. Bakı vaxtı ilə saat 22:00-da dünya çempionatının açılış mərasimi keçiriləcək.

     Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibliyi idmançılarımızın çıxışlarından nəticələri yarışın keçirildiyi "Wizink Center" zalından birbaşa təqdim edir. 

 

Kata komandaları

 

İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev (AZE), baş məşqçi Vahid Ayvazov

AZE - Burkino Faso 5:0

AZE - Türkiyə 0:5

Kata komandası mübarizəni başa vurdu.

 

 

Kumite komandaları

 

İlahə Qasımova, Nuranə Əliyeva, Fəridə Abiyeva (AZE), baş məşqçi Anar Allahverdiyev

AZE - İngiltərə 0:2

 

 

Para-karate

Sahib Əhədov 40.5 balla finala çıxdı. Həlledici görüşdə rəqib ispan idmançısı olacaq.

 

 

 

  

  

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Madrid