Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər üçün antidopinq seminarı keçirilib

A+ a-
31 Oktyabr 2018 10:00

     Azərbaycan Milli Antidpoing Agentliyinin (AMADA) təşəbbüsü ilə Azərbaycan Mİlli Karate Federasiyasının (AMKF) məşqçiləri və əsas milli komanda heyəti üçün qadağan olunmuş preparatlar və sanksiyalara həsr olunmuş növbəti seminar keçirilib. 

     Seminarı AMADA-nın Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva və Terapevtik İstifadə üçün İstisna Komitəsinin sədr müavini Fərid Əliyev idarə edib. Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə idmançıları tanış ediblər. Daha çox yayılan məqamları geniş izah izah edən AMADA nümayəndələri qadağan olunmuş preparatlardan istifadə və sanksiyalar barədə geniş məlumat veriblər. 

     Seminarda iştirak edən AMKF-in prezidenti Yaşar Bəşirov, dünya çempionatı ərəfəsində bu tədbirin keçirilməsinin çox vacib olduğunu bildirərək, AMADA rəsmilərinə minnətdarlığını çatdırıb. Sonda milli komandanın üzvləri onları maraqlandıran suallara dolğun cavablar alıblar. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov