Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Hakimlər və məşqçilər üçün növbəti seminar keçirilib

A+ a-
29 Oktyabr 2018 20:22

   Azərbaycan Mİlli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında hakimlər və məşqçilər üçün Dünya Karate Federasiyasının (WKF) qaydalarına uyğun növbəti seminar və nəzəri imtahan keçirilib.

     AMKF-in prezidenti Yaşar Bəşirov seminar iştirakçılarına uğurlar arzulayaraq yarışlarda və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətindən, həmçinin onların daima bilik və səviyyələrini artırılmasında nəzərdə tutulan gələcək planlardan danışıb. 

     Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi və digər beynəlxalq hakimlər Şahin Xudaverdiyev və Anar Allahverdiyevin asistentliyi ilə seminarda WKF-in qaydalarında dəyişiklik və yeniliklər milli dərəcəli hakimlərin diqqətinə çatdırılıb. Seminarın ardından dərəcə imtahanları keçirilib. Respublikanın müxtəlif bölgələrindən olan hakimlər və məşqçilər müvafiq səviyyələrinə uyğun qiymətlər alıblar. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov