Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Sumqayıtda yibiley turniri keçirilib

A+ a-
25 Oktyabr 2018 15:11

·                 21 oktyabr 2018-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Milli Karate Federasiyası (AMKF) Sumqayıt şəhər şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti”nin yaranmasının 100 illik yubileyinə həsr edilmiş uşaq, yeniyetmə və gənclər arasında şəhər birinciliyi keçirilmişdir.

     Paralimpiya İdman Kompleksində  yarışın   açılış   mərasimində   şəhər   Gənclər   və   İdman   Baş İdarəsinin rəis  əvəzi   Mübariz   Bəşirov,   AMKF-in prezidenti   Yaşar   Bəşirov,  vitse   prezident Rəhman   Hətəmov və federasiyanın Baş   katibi   Mirhəsən Seyidov  çıxış edərək bildirdilər ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin   əsası   qoyularaq   Müstəqil   Azərbaycanın   həm   də   idman   ölkəsi   kimi beynəlxalq   aləmdə   tanınması   və   Olimpiya   hərəkatına   qoşulmasının   geniş   vüsət almasını qeyd etdilər.

     Natiqlər   ölkəmizdə   idmanın   sürətli   inkişafından   danışaraq   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman   siyasətinin   nəticəsində   Azərbaycanın   bütün   bölgələrində   möhtəşəm   idman sarayları və olimpiya komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan,   karate   idman   növünün   2020-ci   ildə   Yaponiyanın   paytaxtı   Tokioda Yay   Olimpiya   Oyunlarında   idmançılarımızın   ölkəmizi   layiqincə   təmsil edəcəklərindən bəhs edərək, sonda bütün yarış iştirakçılarına uğurlar arzu etmişlər.

     Azərbaycan   Respublikası   Milli   Karate   Federasiyası   tərəfindən   Mübariz Bəşirov plaket, Rüfət Mahmudzadə   isə III Dan qara kəmər ustası sertifikatı ilə təltif olunmuşdur.

          Gərgin   və   maraqlı   idman   mübarizəsi   şəraitində   keçən   birincilikdə   Nihad Məmmədzadə (kata), Aysun Şahbazova (30 kq), Nizami Məmmədzadə (30 kq), Elmir Zeynalov (35 kq), Ayxan Ağamirzəyev (40 kq), Səməd Salahlı (40 kq), Aysu Əliyeva (42 kq), Aslan Dostuyev (45 kq), Niman Nuriyev (45 kq), Nadir Məmmədov (+45 kq), Bəylər Hacızadə (50 kq), Nicat Kərimli (52 kq), Ülviyyə Həsənova (53 kq), Rəvan İsmayılzadə (55 kq), Ayxan Bəkirli (55 kq), İbrahim Cəfərzadə (+55 kq), Mansur Mirzəyev (57 kq), Elnar Mahmudov (61 kq), Nicat Əsədov   (63 kq), Hacıəli Vəlizadə (70  kq) və Rza Rzazadə  (76  kq) bütün rəqiblərinə qalib gələrək  fəxri kürsünün  ən yüksək  pilləsinə qalxmışlar.

      Birinciliyin qalib və mükafatçıları Baş İdarənin Fəxri fərman, medal və kubokları ilə mükafatlandırılmışlar. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov