Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"İdmançıların qidalanması" mövzusunda maarifləndirici seminar keçirilib

A+ a-
23 Oktyabr 2018 13:33

     İdman sahəsi üzrə beynəlxalq nutrisoloq və dietoloq, həmçinin nevroloq və karate üzrə böyüklərdən ibarət milli komandanın həkimlərindən biri Lalə İbrahimova heyətin əsas üzvləri və məşqçilərə "İdmançıların qidalanması" mövzusunda maarifləndirici seminar keçib.

     Düzgün qidalanmanı təbliğ edən tanınmış mütəxəssis, nəticəyə müsbət və mənfi təsir göstərə bilən qidalar və onları qəbul etmə qaydaları barədə idmançı və məşqçilərə ətraflı məlumat verib. O, həmçinin karateçilərə çəki salma və digər diskamfort yarada biləcək problemlərin düzgün həlli yollarını göstərib. 

     İdmançıların gündəlik rasionunu təşkil edə biləcək qidalar və onların günün saatları üzrə bölünməsi qaydalarını izah edən L.İbrahimova, milli komandanın hər bir üzvü üçün fərdi tərtib etdiyi qida rejimi və sutkalıq kalori sərfi, vitamin və mikro elementlər norması cədvəlini onlara təqdim edib. 

     Seminarın sonunda Lalə İbrahimova idmançıları maraqlandıran və narahat edən sualları cavablandırıb, onlara əlavə məsləhətlər verib. 

 

Media və İctiamiyyətlə İşlər katibi Sənan Məhərrəmov