Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azyaşlı karateçilər İrandan medallarla dönür

A+ a-
21 Oktyabr 2018 12:21

     İranda "Tehran Open" beynəlxalq turnirində iştirak edən Sumqayıt karateçiləri yüksək nəticə əldə ediblər. On dörd medaldan beşi qızıl, bir o qədəri gümüş, dördü isə bürüncdür. 

     Elməddin Səlimli (6-7 yaş kata qızıl, kumite gümüş medal), Amil Abbaslı (8-9 yaş kata gümüş, kumite qızıl medal), Seymur Mütəllimli (8-9 yaş kata bürünc, kumite qızıl medal), Akif Məmmədli (12-13 yaş kata bürünc, kumite gümüş medal), Səlbidə Ağalı (10-11 yaş kata və kumite qızıl medal), Həsən Osmanov (8-9 yaş kumite gümüş medal), Samirə Babayeva (16-17 yaş kata gümüş medal), Yusif Hüseynli (8-9 yaş kumite bürünc medal) və Murad Hüseynov (14-15 yaş kumite bürünc medal) yarışda uğurla çıxış edib. 

      İdmançılar turnirə məşqçilər Rafael Məmmədov və Elnurə Ramazanova rəhbərliyi altında qatılıblar. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov