Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli hakim və məşqçilər üçün növbəti sınaq keçiriləcək

A+ a-
20 Oktyabr 2018 12:33

     28 oktyabr saat 10:00-da federasiyanın təlim-məşq bazasında hakimlər və məşqçilər üçün WKF qaydalarına uyğun növbəti seminar və nəzəri imtahan keçiriləcək.

     Yüksək nəticə göstərən hakimlər dərəcəsini artırmaq imkanı, məşqçilər isə məşqçi akkreditasiyası əldə edəcək. Hakimlərin rəsmi geyimdə, məşqçilərin isə idman geyimində iştirakı vacibdir, əks halda imtahana buraxılmayacaqlar. 

     Tədbirə Hakimlər komitəsinin sədri Cahangir Babayev rəhbərlik edəcək. İmtahanın suallarını buradan yükləyə bilərsiniz. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov