Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər yerli klubun qonağı oldu

A+ a-
10 Oktyabr 2018 20:47

     12-14 oktyabr tarixlərində Tokioda Karate1 Premyer Liqa turnirinin son mərhələsində iştiark etmək üçün Yaponiyanın paytaxtına gələn milli komandamız yarışqabağı hazırlıq məşqi keçirib.

     İdmançılarımız Hosei universiteti karate klubu rəsmiləri tərəfindən yerli karateçilərin təlim-məşq zalına dəvət olunub. Dünya şöhrətli Azərbaycan karateçilərini təlim-məşq bazasında gördüklərindən məmnunluğunu ifadə edən klub prezidenti və texniki direktor Şiqetada Teşima və klubun məşqçisi Koiçi Yakuşizin milli komandamıza uğurlar arzulayıb.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik etdiyi heyət adından səmimi dəvətə görə təşəkkürünü çatdırıb. İdmançılarımız yarışqabağı yüngül məşqlə kifayətləniblər. Hosei universiteti karate klubunun bir sıra yetirməsi məşqi izləyib. Sonda idmançılar xatirə şəkili çəkdiriblər. 

     Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından mövsümün yekun nüfuzlu turnirində 12 idmançımız mübarizə aparacaq.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Tokio, Yaponiya.