Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komanda Premyer Liqaya yola düşür

A+ a-
08 Oktyabr 2018 13:32

     Azərbaycan milli komandası Yaponiyanın paytaxtı Tokioya, Karate1 Premyer Liqa turnirinə yola düşür. Dünya Karate Federasiyasının (WKF) ən nufuzlu turnirində 12 idmançı iştirak edəcək.

     Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, Baş hakim və beynəlxalq hakim Cahangir Babayev, eləcə də Vüqar Kərimov və Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov yer alıb.

     Baş məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov, o cümlədən böyük məşqçi Seymur Hüseynov kumite turnirində on bir, kata yarışlarında isə bir idmançını müşayiət edəcək. Heyətə Firdovsi Fərzəliyev (-60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) daxil edilib. 

     Mövsümün 7 mötəbər Premyer Liqa turnirindən olan son Tokio mərhələsi, həm də noyabrda İspaniyada dünya çempionatına yekun hazırlıq yarışı olacaq. 8 oktyabrda səfərə çıxan heyət, 16 oktyabr tarixində Bakıya dönəcək. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov