Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Nazirlikdə karateçilərlə görüş keçirlib

A+ a-
20 Sentyabr 2018 14:13

     Gənclər və İdman Nazirliyində Berlində Karate1 Premyer Liqasının mükafatçıları və federasiya rəsmiləri ilə görüş keçirilib.

     Mətbuat  konfransında Azərbaycan Milli Karate Federasiyasından təşkilatın prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov, baş katib MirHəsən Seyidov, kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, həmçinin Rafael Ağayev, Firdovsi Fərzəliyev, Şahin Atamov və mətbuat katibi Sənan Məhərrəmov iştirak edib. 

     Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov medal qazanan idmançıları təbrik edərək, onlara uğurlar arzulayıb. Karate olimpiya idman növü olduqdan sonra rəqabətin gücləndiyini söyləyən F.Mənsurov, milli komandamızdan hər zaman böyük nəticələr gözlənildiyini bilidirb. 

     Y.Bəşirov belə ruhlandırıcı görüşlər təşkil etdiyi üçün Gənclər və İdman Nazirliyinə minnətdarlaığını bildirərək, dövlətimizin diqqət və qayğısı sayəsində daha böyük uğurlar qazanılmasının qarşıda məqsəd qoyulduğunu deyib. O, Berlindəki nüfuzlu yarışda 72 ölkə arasında ilk səkkizliyə düşməyi məhsuldar nəticə kimi dəyərləndirib. 

     Ş.Xudaverdiyev xüsusən final görüşlərinin çox çətin keçdiyini, eləcə də bir sıra görüşlərdə hakimlərin səhf qəraraları üzündən gözlənilən nəticələr əldə olunmadığını diqqətə çatdırıb. Sonda R.Ağayev, F.Fərzəliyev, Ş.Atamov və federasiya rəhbərliyi jurnalistlərin suallarına cavab veriblər.