Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İdmançılarımız həlledici görüşlərdə

A+ a-
16 Sentyabr 2018 13:10

     Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa turnirinin Berlin mərhələsi başa çatır. Nüfuzlu turnirin son yarış günü milli komandamızın üzvləri dörd medal uğrunda mübarizə aparacaq.

     Final görüşlərində Rafael Ağayev (-75 kq) Yusey Sakiyama (Yaponiya) ilə, İrina Zaretska (-68 kq) isə Eda Eltemurla (Türkiyə) qarşılaşacaq. Bürünc medal matçlarında Firdovsi Fərzəliyev (-60 kq) Kaysar Alpisbayla (Qazaxıstan), Şahin Atamov (+84 kq) Conatan Hörne (Almaniya) ilə görüşəcək. 

 

     Nəticələr Berlinin Olimpiya stadionundakı yarış zalından operativ təqdim olunur. 

 

 

Final

Saat 17:29

-75 kq, Rafael Ağayev - Yusey Sakiyama (Yaponiya) 3:6

Rafael Ağayev gümüş medal qazandı.

 

 

Saat 17:36

-68 kq, İrina ZaretskaEda Eltemur (Türkiyə) 4:7

 İrina Zaretska gümüş medal qazandı

 

 

Bürünc medal görüşü

Saat 12:38

-60 kq, Firdovsi Fərzəliyev - Kaysar Alpisbay (Qazaxıstan) 2:0

Firdovsi Fərzəliyev bürünc medal qazandı.

 

 

Saat 14:21

+84 kq, Şahin Atamov - Conatan Hörne (Almaniya) 0:7

Fotodan göründüy kimi Şahin Atamova qarşı hakim haqsığlığ üzündən (başa zərbə, ippon xalı) tanınmış yerli idmançı şansdan istifadə edərək görüşün taleyini həll edib qələbə qazandı.

 

 

Saatlar Bakı vaxtı ilə göstərilib. 

Beynəlxalq hakim Cahangir Babayev yarışın digər mərhələləri ilə bərabər final görüşlərini də idarə edib. 

 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov