Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Daha bir idmançımız finalda

A+ a-
15 Sentyabr 2018 21:26

     Azərbaycan karateçiləri Berlində Karate1 Premyer Liqasının ikinci yarış günü daha bir final görüşü imkanı əldə etdilər.

     İrina Zaretska (-68 kq) dörd rəqibinə qalib gələrək Premyer Liqanın finalçısı oldu. Bazar günü qızıl medal uğrunda həlledici görüşdə idmançımızın rəqibi Eda Eltemur (Türkiyə) olacaq. 

     Beş görüşdən dördünü qələbə ilə başa vuran Şahin Atamov (+84 kq) isə bürünc medal qazanmaq üçün tatamiyə çıxacaq. Tanınmış idmançının rəqibi Conatan Horne (Almaniya) olacaq. 

     Nüfuzlu turnirin son günü növbəti finalçı Rafael Ağayev (-75 kq) və bürünc medal görüşünə çıxan Firdovsi Fərzəliyevin (-60 kq) də nəticəsi məlum olacaq. R.Ağayevi Yusey Sakiyama (Yaponiya) ilə, F.Fərzəliyevi isə Kisar Alpisbay (Qazaxıstan) ilə gərgin görüş gözləyir. 

     Premyer Liqada 72 ölkədən 763 idmançı iştirak edir. Mövsümün altıncı mərhələsindən idmançılarımızın çıxışları yarış zalından operativ təqdim ediləcək. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Berlin Almaniya.