Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Berlində Karate1 Premyer Liqası başlandı

A+ a-
14 Sentyabr 2018 14:09

     Almaniyada Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa seriyasından mərhələ yarışlarının Berlin turnirinə start verilib. 

     Yarışın ilk günü kişilərdə -60, -67, -75 və kata komandaların, qadınlarda isə -50, -55 və fərdi kata yarışlarının mükafatları uğrunda mübarizə aparanlar məlum olacaq. Bu kateqoriyalarda finallar və bürünc medal görüşləri bazar günü keçiriləcək.

     Milli komandamızın üzvlərindən Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq) yarışın ilk günü tatamiyə çıxacaq. 

     Nüfuzlu turnirdə 72 ölkədən 763 idmançı iştirak edir. Karate1  Premyer Liqasının altıncı mərhələsindən idmançılarımızın çıxışlarının nəticəsini operativ təqdim edirik.

 

-60 kq, Firdovsi Fərzəliyev 

Yohan Lopez (Fransa) - Luka Spitz (Fransa) görüşünün qalibi ilə ikinci dövrədə

 1. F.F. - Yohan Lopez (Fransa) 1:0

 2. F.F. - Naoto Saqo (Yaponiya) 5:1

 3. F.F. - Məcid İadeliami (İran) əsas vaxt 0:0, hakimlərin qərarı ilə 3:2

4.  F.F. - Anjelo Kresenso (İtaliya) 1:2

Təsəlliverici görüşlər 

Bürünc medal görüşü (bazar günü)

5. F.F. - Kaisar Alpisbay (Qazaxıstan) 

 

 

-67 kq, Rafiz Həsənov

1. R.H. - Səid Əhmədikaryani (İran) 0:3

Rafiz Həsənov mübarizəni başa vurdu. 

 

 

Tural Ağalarzadə 

1. T.A. - Denis Kopıtko (Ukrayna) 4:0
2. T.A. - Canluka De Vivo (İtaliya) 1:1, hakimlərin qərarı ilə 1:4 

Tural Ağalarzadə mübarizəni başa vurdu. 

 

 

Hümmət Baxşəliyev

1. H.B. - Luka Mareska (İtaliya) 0:3

Təsəlliverici görüşlər

2. H.B. - Daniel Rodionov (Estoniya) 1:0

3. H.B. - Steven Da Kosta (Fransa) 0:1

Hümmət Baxşəliyev mübarizəni başa vurdu. 

 

 

-75 kq, Rafael Ağayev

Cordan Maher (Avstraliya) - Rodriqo İbanez (İspaniya) görüşünün qalibi ilə ikinci dövrədə

1. R.A. - Rodriqo İbanez (İspaniya) 3:0

2. R.A. - Alton Braun (Yamayka) əsas vaxt 0:0, hakimlərin qərarı ilə 5:0

3. R.A. - Ken Nişimura (Yaponiya) 2:0

4. R.A. - Noa Biç (Almaniya) əsas vaxt 0:0, hakimlərin qərarı ilə 5:0

Final (bazar günü)

5. R.A. - Yusey Sakiyama (Yaponiya) 

 

 

-50 kq, Nuranə Əliyeva 

1. N.Ə. - Busra Tosun (Türkiyə) 2:0

2. N.Ə. - Bettina Plank (Avstriya) əsas vaxt 0:0, hakimlərin qərarı ilə 0:5

Nuranə Əliyeva mübarizəni başa vurdu. 

 

 

-55 kq, İlahə Qasımova

1. İ.Q. - Qresa Zhitia (Kosovo) 2:0

2. İ.Q - Tuba Yakan (Türkiyə) 1:0

3. İ.Q. - Brandi Robinsion (ABŞ) 1:0

4. İ.Q. - Sara Kardin (İtaliya) 0:1

İlahə Qasımova mübarizəni başa vurdu. 

 

 

     Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) şənbə günü yarışa qatılacaq. 

 

 

      

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Berlin Almaniya.