Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Uşaq, yeniyetmə və gənclər Türkiyəyə yollanır

A+ a-
29 Avqust 2018 00:23

      Azərbaycan karateçiləri Türkiyənin Ordu şəhərində Qara dəniz və Xəzəryanı ölkələri Karate Federasiyalarının təşkil etdiyi uşaq, yeniyetmə və gənclər arasında beynəlxlaq turnirə qatılacaqlar. Avqustun 31-dən sentyabrın 2-dək, 3 gün davam edən nüfuzlu çempionatda, paytaxt və regionları təmsil edən klublardan 70-dən artıq idmançı iştirak edəcək.

     Beynəlxalq hakim və kata üzrə milli komandanın baş məşqçisinin köməkçisi Vüqar Kərimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə "Qaraqaplan", "Arpaçay", "Əlincə", "Cudo 2012", "Xətai" və DİN İdman klublarının, eləcə də Sumqayıtdan məşqçi və idmançılar daxildir. Milli hakimlərdən Mehman Mədətov, Samir İbrahimov, Toğrul Adilli və Ruslan İsmayılov yarışın hakimləri arasında olacaq. 

     Qara dəniz və Xəzəryanı ölkələri Karate Federasiyaları təşkilatının keçirdiyi növbəti beynəlxalq turnirdə 15 ölkənin idmançıları kata və kumite üzrə fərdi və komanda yarışlarında çıxış edəcəklər. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov