Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Səudiyyə Ərəbistanı və Küveytli idmançılar Bakıda təcrübə mübadiləsi aparıblar

A+ a-
21 Avqust 2018 17:04

     Səudiyyə Ərəbistanı milli komandasının bir neçə üzvü və məşqçilərindən ibarət heyət və Küveytin Al-Shabab klubunun məşqçi və idmançıları Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında karateçilərimizlə birgə məşqlərdə iştirak ediblər.

     Milli komandamızın məşqçiləri və idmançılarla birgə hazırlıqda təcrübələrini artıran qonaqlar məşqlərdən razı qalıblar. Al-Shabab klubunda müqavilə əsasında işləyən həmyerlimiz Elnur İbrahimov Küveyt klubu adından federasiya prezidenti Yaşar Bəşirova və milli komandanın baş məşqçisi Şahin Xudaverdiyevə fəxri diplom təqdim edib. 

     Belə yoldaşlıq təlim-məşqlərinin uşaq və gənclər arasında təcrübə mübadiləsinə və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolu olduğu qeyd edilib, həmçinin gələcəkdə belə görüşlərin davam etdirlməsi planlaşdırılıb. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov