Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Turkish Open" - 3 qızıl, 4 gümüş, 2 bürünc medal

A+ a-
16 Iyul 2018 15:08

     13-15 iyul tarixlərində İstanbulda ənənəvi beynəlxalq Turkish Open karate turnirində iştirak edən müxtəlif yaşlı milli komandaların bir neçə üzvü 9 medala sahib olub. 

     Fərid Savadov (13 yaşlı uşaqlar, -40 kq) Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, -63 kq) və Fərid Ağayev (14-15 yaşlı yeniyetmələr, -70 kq) yarışın qalibi olub. Suzanna Aslanova (14-15 yaşlı yeniyetmələr, kata) və Elcan Məmmədrzayev (18 yaşdan yuxarı, -60 kq) və Neda Rezai (18 yaşdan yuxarı, kata) gümüş medal qazanıb. Hüseyn Hüseynzadə (14-15 yaşlı yeniyetmələr, +70kq) və Murad Hacızadə isə (18 yaşdan yuxarı, +84 kq) isə bürünc müakafata yiyələnib. Daha bir təmsilçimiz Malik Məmmədli (6-7 yaşlı uşaqlar, -35 kq) ikinci pilləyə qalxıb.

     3 qızıl, 4 gümüş və 2 bürünc medalla Azərbaycan mükafat qazana bilən 22 ölkə arasında beşinci yeri tutub. Nüfuzlu "Turkish Open" beynəlxalq turnirində 32 ölkədən 1083 idmançı mübarizə aparıb. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov