Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər Xorvatiyadan 6 medalla qayıdır

A+ a-
08 Iyul 2018 22:59

     Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate1 Gənclər liqasının ikinci mərhələsində 3 medala sahib olub.

    14 yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc medal, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-70 kq) gümüş mükafat, Fidan Dadaşova isə (-47 kq) bürünc medal qazanıb. Mədinə Sadıqova (-53 kq) və Bəxtiyar Rzayev (-68 kq) təsəlliverici görüşlərə qatılsalar da nəticə uğursuz alınıb. B.Rzayev ciddi zədə aldığından mübarizəni davam etdirə bilməyib.

     74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku uğrunda turnirdə milli komandanın üzvləri iki qızıl və bir bürünc medala yiyələnib.

     Roman Heydərov (kata) və Murad Hacızadənin (+84 kq) çempionluğu, Hüseyn Alıyevin (-67 kq) üçüncü yeri tutması ilə birgə, karateçilərimiz milli komandanın məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Qurban Tağıyevin rəhbərliyi altında Xorvatiyada nüfuzlu turnirlədə iki qızıl, bir gümüş və üç bürünc medal əldə edib. Beynəlxalq hakim Vüqar Kərimov da bu turnirlərin hakimləri arasında olub.  

     İdmançılarımız 10 iyulda vətənə dönəcək.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Umaq, Xorvatiya