Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

WKF Kubokundan 2 qızıl və 1 bürünc medal

A+ a-
06 Iyul 2018 18:13

     21 yaşadək milli komandanın üzvü Murad Hacızadə (+84) Xorvatiyada Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda turnirin qalibi olub. 

     Yarışın son günü tatamiyə çıxan digər idmançımız Fidan Teymurova (-50 kq) isə təsəlliverici görüşlərə qatılsa da bürünc medal uğrunda həlledici qarşılaşmanın sonuna yaxın qələbəni əldən verib. Bir gün əvvəl turnirdə Roman Heydərov (kata) qızıl medala, Hüseyn Alıyev (-67 kq) isə bürünc mükafata sahib olub. Bununla da karateçilərimiz nüfuzlu yarışı iki qızıl və bir bürünc medalla başa vurub.

     Turnirdə 68 ölkəni 1340 idmançı təmsil edib. 

     6-8 iyul tarixlərində WKF Gənclər Liqasında iştirak edən seçmə komandanın digər üzvləri Hüseyn Hüseynzadə (+70 kq), Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq), Fərid Ağayev (-70kq), Tale Yaqubov (-63 kq) və Fidan Dadaşova (-47 kq) növbəti günlər mübarizəyə qatılacaq. 

     İkinci dəfə keçirilən Liqa turnirində 74 ölkədən 1874 idmançı iştirak edir.  

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Umaq, Xorvatiya.