Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər ilk yarış gününə uğurla başladı

A+ a-
05 Iyul 2018 20:06

     Karateçilərimiz Xorvatiyanın Umaq şəhərində 12-21 yaşlı idmançılar arasında Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda yarışın ilk günü 2 medala sahib olub.

     21 yaşadək gənclərdə mübarizəyə qatılan dörd idmançıdan Roman Heydərov kata yarışlarının qalibi olub. Hüseyn Alıyev (-67 kq) isə turnirin bürünc mükafatlarını qazanıb. Təsəlliverici görüşlərin həlledici qarşılaşmasında məğlub olan Elcan Məmmədrzayev (-60) və Hümmət Baxşəliyev (ikisi də -67 kq) son anda bürünc medalı əldən verib.

     Seçmə komandaların digər üzvləri Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq), Fərid Ağayev (-70kq), Tale Yaqubov (-63 kq), Murad Hacızadə (+84 kq), Fidan Dadaşova (-47 kq) və Fidan Teymurova (-50 kq) növbəti üç gün ərzində tatamiyə çıxacaq. 5-8 iyul tarixlərində mötəbər yarışda 68 ölkədən 1340 idmançı iştirak edir.  

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Umaq, Xorvatiya.