Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Naxçıvanda “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib

A+ a-
08 May 2018 14:29

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə karate üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikasının açıq çempionatı keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirdə 300-ə yaxın idmançı iştirak edib. Turnirdə muxtar respublikanın şəhər və raonlarının 8 komandası ilə yanaşı, Bakı şəhərinin 5 komandası da mübarizə aparıb. İdmançılar 47 çəki dərəcəsi və müəyyən edilmiş yaş qruplarında mübarizə aparıblar.

Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov bildirib ki, Nxçıvan MR-də idmanın nkişafı sahəsində mühim ilər görülür. O qeyd edib ki, Muxtar respublikada müasir idman infrastrukturunun, idmanın müxtəlif növləri üzrə federasiyaların, eləcə də karate-do federasiyasının yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsini təmin edib.

F.Ələkbərov Karate-do federasiyanın rayon bölmələrində də karate üzrə müxtəlif yaş qruplarında idmançılar nəsli yetişdiyini, muxtar respublikada 500-ə yaxın gənc oğlan və qız bu idman növü ilə məşğul olur ki, onların da 115 nəfərini qız idmançılar təşkil etdiyini deyir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Naziri Azad Cabbarov bildirib ki, ötən il idmançılarımız ümumilikdə 240 medal qazanıblar. Onların arasında gənc karateçilərin də olması hər birimizi sevindirir.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında idman gündən-günə inkişaf edir. Bu gün Naxçıvan idmançıları beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında layiqincə təmsil olunurlar. “Karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika açıq çempionatı da nüfuzlu idman yarışıdır”-, deyən federasiya prezidenti idmançılara gələcək yarışlarda uğurlar arzulayıb. Y.Bəşirov Naxçıvanda idmanın inkişafına, yaradılmış idman infrastrukturuna və yarışların keçirilməsi üçün yüksək şəraitə görə Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov yoldaşa,  Karate-do Federasiyasının sədri Fazil Ələkbərova və Naxçıvan MR Gənclər və İdman Naziri Azad Cabbarova minnətdarlığını çatdırıb.

Azərbaycan Milli Karate Federasiyasının baş katibi, Mirhəsən Seyidov da çıxışında ölkəmizdə idmana göstərilən dövlət qayğısından, karate idman növünün inkişafından danışıb. Açılış mərasimində həmçinin AMKF Naxçıvan MR üzrə rəsmi nümayəndəsi Yavər Hüseynov da iştirak edib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivi musiqi və rəqs nömrələri ilə çıxış edib. Açılış mərasiminin ardından turnirin final görüşləri keçirilib. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Gənclər və İdman naziri Azad Cabbarov,  Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Milli Karate Federasiyasının baş katibi və Təhsil naziri Məmməd Qəribov fərqlənən idmançılara diplom və medallar təqdim ediblər.

Sıralamada “Naxçıvan” komandası irinci, “Arpaçay” ikinci, “Araz” idmançıları isə üçüncü olublar. Yarışdan sonra idmançılar Heydər Əliyev muzeyini ziyarət ediblər. Karateçilərə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov