Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Şəkidə Avropa çempionatına hazırlaşan idmançılarla daha bir görüş keçirilib

A+ a-
01 May 2018 18:31

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Şəkidə təlim-məşqlərdə olan karateçilərlə görüşüb. Federasiyanın viste-prezidenti Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, İdarə heyətinin üzvləri Füzuli Musayev, Oqtay Məmmədov və Cahangir Babayev təlim-məşq üçün yaradılmış şəraitlə tanış olublar.

Milli komandanın heyəti ilə iclasda onların hazırıq prosesi müzakirə olunub,  karateçilərimizə qarşıdakı məsul yarışda uğurlar arzulanıb. Milli komandanın kapitanı Şahin Atamov heyət adından diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkürünü çatdırıb.

Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov Azərbaycan karateçilərini hər zaman Şəkidə təlim-məşqlərdə görməkdən məmnun olduğunu söyləyib. Yığıncaqda həmçinin federasyanın Şəki rayonu üzrə nümayəndəsi Aqşin İbrahimov və yerli milli hakimlər iştirak ediblər.

Yığıncağın ardından federasiyanın Baş hakimi, beynəlxalq dərəcəli hakim Cahangir Babayevin rəhbərliyi ilə ötən yarışlardan hazırlanmış video anlizlər ilə xüsusi seminar təşkil edilib. İmançıların yarış zamanı səhfləri araşdılrılıb, qaydalarla bağlı tövsiyyələr verilib.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov