Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Federasiya prezidenti Şəkidə təlim-məşqlərdə olan karateçilər və region nümayəndələri ilə görüşüb

A+ a-
01 May 2018 18:29

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Şəkidə təlim-məşqlərdə olan milli komandanın heyəti ilə görüşüb.

O, Şəki Olimpiya İdman Kompleksində bir həftəlik hazırlıq keçən idmançılarımızın məşqlərini izləyib və komanda heyəti ilə yığıncaq keçirib.

Yığıncaqda qarşıdakı Avropa çempionatına son hazırlıq mərhələsindən danışılıb. Federasiya rəhbəri 10-13 may tarixlərində Serbiyanın Novi Sad şəhərində qitə çempionatında milli komandamıza uğurlar arzulayıb. Görüşdə Azərbaycan Şotokan Karate Federasiyasının (AŞKF) 1-ci vitse-pezidenti Vilayət Əmirov və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov da iştirak edib.

Y.Bəşirov karateçilərimizin məşqləri üçün yaradılmış şəraitə görə kompleksin rəhbərliyinə və V.İskəndərova minnətdarlığını bildirərərək, ona federasiyanın yaranmasının 20 illik yubileyi münasibətilə xatirə medalını təqdim edib. ARB televiziyasının yaradıcı heyəti Şəkidə idmançılarımızın təlim-məşqlərindən xüsusi reportaj hazırlayıblar. Federasiyanın prezidenti Yaşar Bəşirov, AŞKF 1-ci vtse-prezidenti V.Əmirov, həmçinin milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev və idmançılardan Rafael Ağayev müsahibələrində Avropa çempionatına hazırlıqdan danışıblar.

Bundan başqa Y.Bəşirov Şəki və Quba regionunun məşqçiləri, eləcə də hakimləri ilə görüşüb. Onların iş prosessində problemləri ilə maraqlanan federasiya prezidenti, məsələlərin həllinə nail olub.

Şəkidə təlim-məşqlər bitdikdən sonra idmançılarımız daha bir həftə paytaxtdakı təlim-məşq bazasında hazırlıqları davam etdirəcəklər.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov