Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komanda Şəkidə təlim-məşq toplanışındadır

A+ a-
23 Aprel 2018 13:03

     10-13 may tarixlərində Serbiyanın Növı Sad şəhərində Avropa çempionatına hazırlaşan milli komandanın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb.

     Olimpiya kompleksində hazırlıqlar bir həftə davam edəcək. Milli komandanın baş məşqçiləri Şahin Xudaverdiyev (kumite, kişilər), Anar Allahverdiyev (kumite, qadınlar) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında təlim-məşq toplanışı böyük məşqçi Qurban Tağıyev, məşqçilər Seymur Hüseynov, Rəşad Hüseynov, Denis Morozovla birgə, gün ərzində üç dəfə keçirilir. 

     Bir həftəlik toplantında federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, həmçinin idmançıların yarışlarda çıxışlarından hazırlanmış xüsusi analitik məşqələlər nəzərdə tutulub. İdmançılar qitə çempionatına son hazırlıqlarını mayın ilk günündən paytaxtadakı təlim-məşq bazasında keçəcək. Milli komanda Serbiyada Avropa çempionatına mayın 8-də yollanacaq. Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov