Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz Rabatda yüksək nəticə göstərdilər

A+ a-
08 Aprel 2018 16:29

Azərbaycan karateçiləri Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqasını yüksək nəticə ilə başa vurdular. Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu yarışında qazanılan 4 medaldan biri qızıl və gümüş, ikisi isə bürüncdür.

                Komandanın lideri Rafael Ağayev (-75 kq) mövsümün 4-cü rəsmi turnirinin qalibi olub. Uzun müddət zədə üzündən yarışlara qatılmayan İrina Zaretska (-68 kq) isə yalnz finalda məğlub olaraq ikinci yeri tutub. Tural Ağalarazadə (-67 kq) İlə Şahin Atamov (+84 kq) Karate1 Premyer Liqasının 3-cü pilləsinə çıxıb.

Daha iki idmançımız bürünc medal qazanmaq imkanını əldən verib. Rafiz Həsənov (-67 kq) və Fəridə Abiyeva (-61 kq) həlledici görüşdə uduzub. Asiman Qurbanlı (+84 kq) isə eyni çəkidə rəqibi Ş.Atamovla bürünc medal uğrunda son görüşə çıxıb. Mərhələ adlamaqla yanaşı, karateçilərimiz beynəlxalq reytinq cədvəlində xallarını artırıblar.

Bu mötəbər yarışdan məhsuldar nəticə ilə dönən milli komandamız mayın ilk günləri Serbiyada Avropa çempionatına son hazırlıqları keçirəcək.