Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər layiqli namizədə səs verdilər

A+ a-
11 Aprel 2018 16:38

     11 aprel Azərbaycanda növbəti prezident seçkiləri günüdür.

     Azərbaycan karateçiləri də idman ictimaiyyətinin digər nümayəndələri kimi layiqli namizədə, ölkədə idmanı dövlət siyasətinin ayrılmaz hissəsi kimi dəyərləndirən, hərtərəfli dəstək sayəsində Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıdan və bir sıra nüfuzlu kütləvi idman tədbirlərinin paytaxtımızda keçirlməsinə nail olan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti, ölkə rəhbəri cənab İlham Əliyevə bir daha səs veriblər.

     Beynəlxalq mütəxəssilərin bildiridiyi kimi məhz İlham Əliyev cənablarının təşəbbüsü ilə bu döyüş idman növünün 2015-ci ildə Bakıda ilk Avropa oyunlarına salınması, karatenin Olimpiadanın proqramına daxil edilməsinə böyük təkan verdi. Ölkə rəhbəri və MOK prezidenti cənab İlham Əliyevin idmana daimi diqqət və qayğısı sayəsində nəticələrəmiz ilbəil artmaqdadır.

     Təbii ki, bütün bu vacib amillər ölkənin idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsi olaraq digər idmançılala birgə karateçilərimiz və federasiya rəhbərliyi 11 mart prezident seçkilərində fəal iştirak ediblər.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov başda olmaqla rəhbərlik heyəti, milli komandanın üzvləri, hakimlər və məşqçilər istər paytaxtda, itərsə də regionlada seçki məntəqələrində yeganə namizədlərini dəstəkləyiblər. 

     Federasiyanın kollektivi cənab İlham Əliyevə seçkilərdə qələbə arzulayır və qarşıdakı illərdə məhz onun rəhbərliyi sayəsində yeni-yeni zəfərlər əldə ediləcəyinə inanır.