Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Mərakeş Krallığının səfiri karateçilərlə görüşdü

A+ a-
29 Mart 2018 18:56

     Mərakeş Krallığının Azərbaycandakı səfiri Muhammed Adil Embarş qarşıdakı günlərdə bu ölkənin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinə hazırlaşan milli komandanın üzvlərini və federasiya rəhbərliyini qəbul edib.

     Görüşdə səfirə Azərbaycan karateçilərinin uğurları barədə, Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarında tarixi zəfər, eləcə də Mərakeşdəki nüfuzlu yarışla bağlı məlumat verilib. M.A.Embarş İdman ölkəsi olan Azərbaycanın bu sahədə kifayət qədər tanındığını söyləyərək idmançılarımıza uğurlar arzulayıb. O, gələcəkdə Mərakeş və Azərbaycan karateçilərinin birgə təcrübə mübadiləsinin ümumi inkişafa müsbət təsir göstərə biləcəyini vurğulayıb. 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov səmimi qəbula görə Mərakeş Krallığının səfiri Muhammed Adil Embarşa minnətdarlığını ifadə edərək, ona federasiyanın yaranmasının 20 illiyi münasibətilə xatirə medalı təqdim edib. Karateçilərimizin artıq bir neçə dəfə bu ölkədə rəsmi yarışlarda iştirak etdiyini bildirən federasiya prezidenti, Mərakeş Karate Federasiyası ilə dostluq əlaqələrinin olduğunu diqqətə çatdırıb. O, bu ölkədən hər dəfə uğurlu nəticə ilə döndüyümüzü söyləyərək, aprelin ilk günləri olan bu yarışa da ciddi hazırlıq işlərinin aparıldığını deyib.

     Görüşdə həmçinin federasiyanın Baş katibi MirHəsən Seyidov və vitse-prezident Rəhman Hətəmov da iştirak edib. Sonda belə rəsmi görüşlərin idmançılarda ruh yüksəkliyinin artmasına müsbət təsiri qeyd olunub.