Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İlk yarış günündən iki bürünc medal şansı

A+ a-
17 Mart 2018 00:49

Milli komandanın iki üzvü Hollandiyada Karate1 Premyer Liqa turnirinin ilk günü bürünc medal qazanmaq şansı əldə edib.

Yarımfinalda qələbəni əldən verən Firdovsi Fərzəliyev (-60 kq) təsəlliverici görüşlər mərhələsində həlledici döyüşünü keçirəcək. Təsəlliverici görüşlərə qatılmalı olan digər idmançımız Rafael Ağayev (-75 kq) isə iki rəqibini məğlub edərək, bürünc medal uğrunda son döyüşünə çıxacaq. Hər iki karateçimizin yekun nəticəsi bazar günü mükafatlar uğrunda görüşlərdə bilinəcək.

     Martın 16-da Niyazi Əliyev (-67 kq), Nuranə Əliyeva və Fidan Teymurova (ikisi də -50 kq), həmçinin İlahə Qasımovanın (-55 kq) çıxışı yekunda uğursuz alınıb. Şənbə günü Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (üçü də +84 kq), eləcə də Roman Heydərov (kata) mübarizəyə qatılır.

     Mötəbər turnirdə 74 ölkədən 683 idmançı çıxış edir.