Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İdmançılar növbəti Premyer Liqa turnirində

A+ a-
16 Mart 2018 12:41

Milli komandanın üzvləri 16-18 mart tarixlərində Hollandiyada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər. Baş məşqçi Şahin Xudaverdiyev özünün rəhbərliyi altında dünya reytinq cədvəlinin ilk əlli pilləsində olan idmançıların yarışda mübarizə aparmasına  üstünlük verib.

Premyer Liqada Dubay turnirinin qalibi Rafael Ağayev (-75 kq), mükafatçılar Ayxan Mamayev (-84 kq), Nuranə Əliyeva (-50 kq), eləcə də Firdovsi Fərəzliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi +84 kq), Roman Heydərov (kata), Fidan Teymurova (-50 kq) və İlahə Qasımova (-55 kq) medallar uğrunda tatamiyə çıxacaq.

Mötəbər turnirdə 74 ölkədən 683 idmançı çıxış edir.