Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

8 Mart Beynəlxalq Qadınlar Günü bayramınız mübarək!

A+ a-
08 Mart 2018 21:40

    Azərbaycanın qadın karateçiləri bir sıra uğurları ilə ölkə idmanın tarixinə düşüb. Əvvəllər dünyada ancaq kişi karateçilərimiz məhşur idilərsə, indi artıq qadın idmançılarımız da mütəmadi olaraq mötəbər yarışların yüksək kürsülərində mükafatlandırılır.

     Son illərə nəzər salsaq, idman ölkəsi Azərbaycanın imicini beynəlxalq arenalarda şərəflə qoruyan qadın karateçilər arasında müxtəlif yaş qruplarında dünya və avropa çempionatlarının, eləcə də Avropa Oyunları, İslam Oyunları və digər nüfuzl beynəlxalq yarışların qalib və mükafatçıları İlahə Qasımovanı, Nuranə Əliyevanı, İrina Zaretskanı, Fəridə Abiyevanı, Fəridə Əliyevanı, Fidan Teymurovanı, Asya Məlikovanı, Polina Hurenkonu, Ayla Rzazadəni göstərmək olar. 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın qadın idman mütəxəssisləri və idmançılarını, o cümlədən xanım karateçilərimizi təbrik edir, onlara yeni karyera zəfərləri arzulayır.

     Bayramınız mübarək əziz xanım idmançılar!