Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Karate1 A Seriya turnirində iştirak ediblər

A+ a-
05 Mart 2018 16:32

Avstriyada Dünya Karate Federasiyasının (WKF) Karate 1 turnirləri seriyasından mövsümün ikinci Seria A yarışında iştirak edən karateçilərimiz mükafatlardan kənar qalıblar.

Təsəlliverici görüşlərə qatılan İlahə Qasımova (-55 kq) 5-ci, Ayxan Mamayev (-84 kq) isə 7-ci nəticə göstərib. Hərəyə bir neçə rəqibini məğlub edən digər idmançılarımız isə mübarizəni erkən başa vurmalı olublar.

Milli koamndanın növbəti yarışı 16-18 mart tarixlərində Hollandiyanın Rotterdam şəhərində daha nüfuzlu Karate 1 Premyer Liqa turniri olacaq. Hər iki yarış dünya reytinq cədvəlinə xallar qazanmaq imkanı verir.