Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmələr seçmə komandasından 2 qızıl medal

A+ a-
02 Fevral 2018 23:05

     Yeniyetmələrdən ibarət seçmə komandamız Rusiyanın Soçi şəhərində qitə çempionatının ilk günü 2 qızıl medal qazanıb.

     Tale Yaqubov (-63 kq) və Polina Hurenko (-47 kq) Avropa çempionu olub. Yeni ukraynalı legioner P.Hurenko final döyüşü də (8:0) daxil olmaqla, beş görüşdən üçünü vaxtından əvvəl azı 3 xal fərqli üstünlüklə, həmçinin cəisi 2 xal buraxmaqla  başa vurub. Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.

     Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.

     3 fevralda 16-18 yaşlı gənclər, o cümlədən Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq) tatamiyə çıxacaq. Bakı vaxtı saat 17-00-da qitə çempionaının təntənəli açılış mərasimi olacaq.

     Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək.