Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclərin bir hissəsi dünya çempionatında

A+ a-
24 Oktyabr 2017 19:25

     Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın bir sıra üzvü İspaniyada növbəti dünya çempionatına yollanıb. Tenerifedəki yarışda 12 idmançı iştirak edəcək. 

     Karateçilərdən Fərid Ağayev (-52 kq), Rəvan Bağırov (-63 kq) və Namiq Quliyev (-70 kq) 14-15 yaşlı yeniyetmələr arasında, Müseyib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq) və Fidan Teymurova (-48 kq) 16-17 yaşlı gənclərin yarışında tatmiyə çıxacaq. 18-20 yaşlı gənclərin turnirində isə Elcan Məmmədrzayev (-60 kq), Murad Balakişiyev (-68 kq), Murad Hacızadə (+84 kq), Asya Məlikova (+50 kq) və Fəridə Əliyeva (+68 kq), həmçinin Roman Heydərov (kata) mübarizə aparacaq.  

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi nümayəndə heyətində 18 yaşadək yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev və beynəlxalq hakim Cahangir Babayev də yer alıb. İki ildən bir keçirilən dünya çempionatında maliyyə çətinlikləri üzündən idmançı və texniki mütəxəssislər yarı heyətlə iştirak etmək məcburiyyətində qalıblar. 

      Yeniyetmə və gənclərin Tenerifedə 25-29 oktyabr tarixlərində dünya çempionatına 109 ölkədən 1710 karateçi qatılıb. Bu yarış həmçinin gələn il Buenos Ayresdə yeniyetmələrin olimpiya oyunlarına lisenziya verən üç seçmə turnirdən ikincisidir.

     Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Y.Bəşirov yarışdan əvvəl beynəlxalq təşkilatın konqresində iştirak edəcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov