Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz Dünya Oyunlaında

A+ a-
24 Iyul 2017 13:09

     Azərbaycan karateçiləri Dünya Oyunlarına yollanıblar. Polşanın Vrotslav şəhərində nüfuzlu oyunların karate yarışlarında 2 idmançımız iştirak edəcək. 

     Ayxan Mamayevlə (-84 kq), Firdovsi Fərzəliyev (-60 kq) Dünya Oyunlarına vəsiqəni ötən ilin payızında Avstriyada Dünya çempionatının mükafatlarına əsasən qazanıblar. 3-cü vəsiqənin sahibi Rafael Ağayev isə zədə üzündən yarışa qatıla bilməyib.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə bu mötəbər yarışda iştirak edən karateçilərimiz 25-26 iyul tarixlərində mübarizə aparacaqlar.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov