Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Allah rəhmət eləsin!

A+ a-
25 May 2017 15:58

Azərbaycan karate ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Milli Karate Federasiyasının vitse prezidenti, beynəlxalq dərəcəli hakim Yusif Məmmədov ömrünün 64 yaşında vəfat edib. 

Məmmədov Yusif Hüseyn oğlu 16 aprel 1953-cü ildə Azərbaycan Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1960-1970-ci illərdə Naxçıvan şəhəri 3 saylı orta məktəbin bitirib.

1970-1975-ci illərdə təhsilini Azərbaycan Poltexnik İnstitutunun mexanika fakültəsində davam etdirib.

İnstitutda təhsilini bitirdikdən sonra 1975-ci ilin avqustunda təyinatla “Azərticarətquraşdırma” təmir quraşdırma kombinatına usta vəzifəsinə işə qəbul edilib və sonralar: mühəndis, şöbə rəisi, baş mühəndis, direktor və səhmdar cəmiyyəti idərə həyətinin sədri vəzifələrində çalışıb.

Uşaqlıqdan idmanın müxtəlif növləri ilə məşqul olub. Sərbəs güləş və cudo idmanı üzrə idman ustalığına namizəd adını qazanıb. 1978-ci ildən isə idmanın karate növü ilə məşğul olmağa başlayıb.

1998-ci ildə İngiltərənin Şeffild şəhərində Şotokan Karate-do Beynəlxalq Federasiyasının (SKİF) keçirdiyi Avropa çempionatında veteranlar arasında şəxsi kumite və komanda kumitedə 2-ci yerlərin sahibi olub.

2013-cü ildən Azerbaycan Milli Karate Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb. 

7-ci dan qara kəmər sahibi, beynəlxalq dərəcəli hakim və Azərbaycan “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimidir”.

         Bir qız, bir oğlan övladı var.

 

     Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, hakim, məşqçi və idmançı heyəti Yusif Məmmədovun ölümündən kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. 

     Allah rəhmət eləsin!