Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Bosfor"dan 19 medalla

A+ a-
06 Mart 2017 11:33

     Karateçilərimiz İstanbulda 30-cu beynəlxalq "Bosfor" karate turnirində 19 medal qazanıblar. 6 qızıl, 3 gümüş və 10 bürünc medala sahib olan idmançılarımız 25 ölkə arasında medal cədvəlində 2-ci yeri tutublar.

     Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Rövşən Əliyev (kata) yarışın qalibi olublar. Tural Ağalarzadə (-67 kq), Şahin Atamov (+84kq) və İsmayıl Quliyev (kata) fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərid Savadov (11 yaşlı uşaqlar, -35 kq), Hüseyn Məmmədli (13 yaşlı uşaqlar, -55 kq), Həsən Əliyev (16-17 yaşlı gənclər, -55 kq), Samir Məmmədov (-75 kq), Orxan Heydərli +(84 kq), Tural Balcanlı (kata), Nuranə Əliyeva (-50 kq), Fəridə Abiyeva (-61 kq), həmçinin komanda yarışlarında İlahə Qasımova, Fəridə Abiyeva və Nuranə Əliyevadan ibarət kumiteçilərlər, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kataçılar bürünc mükafatlara layiq olublar. 

     Müxtəlif yaş qrupları üzrə ənənəvi turnirdə 1502 idmançı iştirak edib. Turnirin açılış mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki Komitəsinin üzvü, yarışa fəxri qonaq kimi dəvət olunan Yaşar Bəşirova Türkiyə Karate Federasiyasının prezidenti Esed Delihasan tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

     Mayda Bakıda 4-cü İslam Həmrəylik Oyunlarına hazırlıqlarını davam etdirən əsas milli komandamızın ayın son günləri Dubayda nüfuzlu Karate 1 Premyer Liqa turnirinə qatılması nəzərdə tutulub. 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov