Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Oqtay Məmmədov "Moskva Masters"in qalib və mükafatçısı olub

A+ a-
30 Noyabr 2016 15:27

     Karate üzrə milli komandaların fiziki hazırlıq üzrə məşqçisi, əməkdar məşqçi Oqtay Məmmədov Rusiyanın paytaxtında "Moskva Masters" 1-ci açıq beynəlxalq turnirində iki mükafata sahib olub.

     O, 51 yaşdan yuxarı kişilər arasında kumite yarışlarının qızıl medalını, veteranlar arasında 56 yaşdan yuxarı kata çıxışlarında isə bürünc mükafat qazanıb.

     Moskva Karate Federasiyasının noyabrın 27-də təşkil etdiyi ilk açıq beynəlxalq turnirdə 10-dək ölkədən 35 yaşdan yuxarı kişi və qadınlar, eləcə də veteranlar iştirak edib.