Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İstanbul Premyer liqası - 2 gümüş və 6 bürünc medal

A+ a-
05 Sentyabr 2016 13:15

     Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate 1 Premyer liqa turninirin İstanbul mərhələsindən 8 medalla dönürlər. Mükafatların ikisi gümüş, altısı isə bürüncdür.

     İdmançılarımızdan Turqut Həsənovla (-84 kq) Orxan Heydərli (+84 kq) ikinci yeri tutub. Fəridə Əliyeva (+68 kq), Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı və Əli Cəfərov (hər iksi +84 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

     Milli komandanın digər üzvlərindən Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Roman Heydərov (kata), Tural Ələkbərli (-60 kq), Tural Ağalarzadə (-67 kq) təsəlliverici görüşlər mərhələsinin son çıxışlarında qələbəni əldən verərək bürünc medal imkanlarını qaçırıblar.

    Bu nəticə ilə Azərbaycan karateçiləri 17 medal qazana bilən ölkə idmançıları arasında 7-ci pilləni tutublar. Ümumiyyətlə İstanbul Premyer Liqasında 54 dövlətdən 483 karateçi iştirak edib.

     Milli komandamızı 24-25 sentyabr tarixlərində Almaniyanın Hamburq şəhərində daha bir mötəbər Premyer liqa turniri gözləyir. Bu yarışlar oktyabrın axırında Avstriyada dünya çempionatına hazırlıq xüsusiyyəti də daşıyır. 

 

AMKF-in Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov.