Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yaşar Bəşirov Batumidə faydalı görüşlər keçirib

A+ a-
27 May 2016 18:04

     Azyaşlı karateçilərimiz Gürcüstanın Batumi şəhərində Dünya Əlbəyaxa Döyüş Növləri Oyunlarında 12 qızıl medala sahib olublar.

     Əsasən regionlardan olan idmançılardan kumitedə Turan Əsədzadə (6-7 yaşlılar, -25 kq), Ələddin Məlikov (6-7 yaşlılar, +25 kq), Əli Əlizadə (8-9 yaş, -30kq), Osman Osmanlı (12-13 yaş, -58kq), veteranlarda Siyavuş Bayramov, kata yarışlarında isə Rəvan Quliyev (10-11 yaşlılar), Ayxan Novruzov (12-13 yaşlılar), Ceyhun İsmayılov (14-15 yaşlılar) və başqaları yarışın qalibləri olublar. Nəticələrdən başqa AMKF-in beynəlxalq hakimi və əməkdar məşqçi Rənad Əliyev Dünya Əlbəyaxa Döyüş Növləri təşkilatının Azərbaycan nümayəndəsi təyin edilib.    

      Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Batumidə Dünya Əlbəyaxa Döyüş Növləri Oyunları ərəfəsində bir sıra faydalı görüşlər keçirib. Qətər Əmirliyinin şahzadəsi Şeyxa bint  Həmad Əl Thani Azərbaycan karatesinin yüksək beynəlxalq nəticələri haqda məlumatlı olduğunu bildirərək, birgə təcrübə mübadiləsində maraqlı olduğunu söyləyib.

     Gürcüstanın Acarıstan Muxtar Respublikasının Mədəniyyət, Təhsil və İdman naziri Georgi Tavamaişviri və Azərbaycanın Batumi şəhəirndə baş konsulu Rəşad İsmayılovla görüşlərdə, karateçilər arasında birgə təlim-məşqlərin və yoldaşlıq görüşlərinin təşkil edilməsinə hazır olduqlarını bildiriblər.