Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Gənclər və İdman naziri Azad Rəhimov karateçilərlə görüşdü

A+ a-
20 May 2016 11:29

     Gənclər və idman naziri Azad Rəhimov Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında tarixi qələbələr qazanan milli komandamızın üzvləri və federasiya rəhbərliyi ilə görüşüb. 

     A.Rəhimov fərdi yarışlarda qızıl və bürünc medal qazanan, komanda çıxışlarında isə avropa çempionu olmaqla 46 ölkə arasında 3-cü yeri tutan idmançılarımızı təbrik edərək onlara xoş sözlərini çatdırıb. Nazir 1-ci Avropa Oyunlarında etimadı doğruldan karateçilərimizin 2017-ci ildə Bakıda 4-cü İslam Həməylik Oyunlarında da yüksək zəfərlər əldə edəcəyinə inandığını bildirib. Azad Rəhimov həmçinin il ərzində ölkəmizdə keçirilən və planlaşdırılan nüfuzlu beynəlxalq idman tədbirləri, o cümlədən məsul yarışlar barədə görüş iştirakçılarına qısa məlumat verərək, Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi və təcrübəli təşkilatçı imicinə sahib olduğunu diqqətə çatdırıb. 

     Səmimi qəbula görə minnətdarlığını bildirən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov karateçilərimizin üzərinə düşən məsuliyyəti hər zaman doğrultmağa çalışmaqla yanaşı dünya karate imanında xüsusi yeri olan Azərbaycanın imicinin daima artırmağa çalışdıqlarını söyləyib. Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu xatırladan federasiya prezidenti bundan sonra da mötəbər yarışlarda böyük nəticələr əldə olunmasına səy göstəriləcəyini deyib. 

     Gənclər və İdman nazirliyində görüşdə federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, eləcə də son Avropa çempionatının qalibi Rafael Ağayev, qadınlardan ibarət milli komandamızın üzvləri İlahə Qasımova, Nuranə Əliyeva və Fəridə Abiyeva, kata yarışlarının bürünc mükafatçısı Roman Heydərov və onun məşqçisi Vahid Ayvazov, Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da iştirak edib. Görüşün sonunda idmançılara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.