Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli dərəcəli hakimlərə dərəcə sertifikaları verildi

A+ a-
02 May 2016 14:31

     Son seminar və imtahanların nəticələrinə əsasən milli dərəcəli hakimlərə müvafiq sertifikatlar təqdim olunub. Dərəcə sertifikatlarını Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və federasiyanın hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayev təqdim edib. 

     Namiq Pirverdiyev, Mayis Mədətov və Cavid Rəfiyev 1-ci dərəcəli sertifikat qazanıblar. Seymur Məmmədov, Mehman Mədətov, Eldəniz Qəmbərov, Rəşidə Rəşidova və Vüsal İsrafilov 2-ci dərəcəli hakim sertifikatına layiq görülüblər. 3-cü dərəcəli milli hakim sertifikatı isə Toğrul Adilli, Günel Kərimli və Tural Şirinova təqdim edilib. 

     Federasiyanın hakimlər komitəsi il ərzində bir neçə dəfə nəzəri və praktiki hakimlik seminarı təşkil edərək təlim və imtahanlar vasitəsilə milli dərəcəli hakimlərə həmçinin bu sahədə yeniliklər barədə məlumatlar verir.