Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

YENYETMƏ VƏ GƏNCLƏR KİPRƏ YOLLANIR

A+ a-
01 Fevral 2016 12:06

     Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Kiprdə 23-cü Avropa çempionatında iştirak edəcəklər. 3 fevral tarixində Limassol şəhərinə yola düşən nümayəndə heyətinə 17-si idmançı olmaqla 29 nəfər daxildir. 

     14-15 yaşlı yeniyetmələrin böyük məşçqçisi Anar Allahverdiyev Müseyib Məmmədova (-52 kq), Hümmət Baxşəliyevə (-57 kq, avropa və dünya üçüncüsü ), Mədinə Sadıqova (-47 kq) və Renata Ərəbliyə (-54 kq) güvənir.

     Gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev isə 16-17 yaşlılardan 3 idmançının, 18-20 yaşlılar arasında isə 8 karateçinin yarışa yollanmasını qərara alıb. 16-17 yaşlı gənclərdən Murad Balakişiyev (-76 kq), Murad Hacızadə (+76 kq, dünya beşincisi) və Fidan Teymurova (-48 kq, dünya ikincisi) tatamiyə çıxacaq. 18-20 yaşlı gənclərdə Ülvi Qurbanov (-60 kq, yeniyetmələr arasında avropa ikincisi), Şahin Quluzadə (-67 kq, komandanın kapitanı, dünya beşincisi) Vüsal Kamallı (-75 kq, tələbələr arasında dünya beşincisi), Nəcməddin Bünyadov (-84 kq), Sərxan Quluzadə (+84 kq, dünya kubokunun qalibi, dünya beşincisi), Fəridə Abiyeva (-61 kq, dünya kubokunun qalibi, dünya və avropa beşincisi), İrina Zarteska (-68 kq, gənclər arasında Avropa və dünya çempionu, dünya ikincisi, böyüklərdə Avropa üçüncüsü, Avropa Oyunlarının qalibi) və Fəridə Əliyeva (+68 kq, dünya kubokunun qalibi, dünya üçüncüsü) mübarizəyə qatılacaq.

     Kata üzrə böyük məşqçi Vahid Ayvazov 16-17 yaşlıarda Roman Heydərlini (dünya beşincisi), 18-20 yaşlı gənclərdə isə Rafiq Əmirovu bir daha sınaqdan keçirəcək. 

     Federasiyanın prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü Yaşar Bəşirovun bağçılığı ilə Kiprə yollanan heyətdə 1-ci vitse-prezident Rəhman Hətəmov, vitseprezident və yarışın hakimlərindən beynəlxalq hakim Yusif Məmmədov, digər beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Rənad Əliyev, eləcə də İ.Zaretskanın şəxsi məşqçisi Denis Morozov, həkim Pərvin Əkbərov və Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da var. Yarışla bağlı operativ məlumatlar federasiyanın saytında yerləşdiriləcək.