Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İLİN İLK RƏSMİ YARIŞINDAN 2 GÜMÜŞ MEDALLA

A+ a-
24 Yanvar 2016 23:40

     Azərbaycan karateçiləri Firdovsi Fərzəliyev (-60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) və Şahin Atamov (+84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) nüfuzlu "Paris Open" beynəlxalq turnirini gümüş medallarla başa vurublar.

     Bu nəticə mükafatlara sahib ola bilən 18 ölkə arasında Azərbaycanı 10-cu pilləyə yüksəldib. Müqayisə üçün qeyd edək ki, Dünya Karate Federasiyasının "kiçik dünya çempionatı" adlandırılan bu mötəbər turnirində 75 ölkədən 1012 idmançı iştirak edib. 

     İlin ilk rəsmi yarışının son günü tatamiyə çıxan 3 idmançımız - Fəridə Abiyeva (-61 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər iksi -67 kq) təəssüf ki, medalçılar sırasına düşə bilməyiblər. Ş.Atamovla F. Fərzəliyev isə həlledici görüşdə, bir gün əvvəl finala çıxışla təmin etdikləri gümüş medalla kifayətlənməli olublar.

     Günün nəticələrini təqdim edirik: 

 

Qadınlar

-61 kq

Fəridə Abiyeva

1. Rita Zaoujal (Fransa)

2. Ayami Moriquçi (Yaponiya) - 0:5

 

Kişilər

-67 kq

Rafiz Həsənov

1. Xulian Pinzas (Argentina) - 4:0

2. Burak Uyğur (Türkiyə) - 0:2

 

Tural Ağalarzadə

1. İrakli Tkebuçava (Gürcüstan) - 5:7

 

Final görüşləri

-60 kq

Firdovsi Fərzəliyev - İqor Uxniç (Ukrayna) - 3:6

+84 kq

Şahin Atamov - Enes Erkan (Türkiyə) - 0:3

 

     Bir gün əvvəl mübarizə aparan digər 8 idmançımızdan Nuranə Əliyeva (-50 kq) və Ayxan Mamayevin (-84 kq, hər iksinin şəxsi məşqçisi Şahin Xudaverdiyev) bürünc medala sahib olmaq şansları yaransa da, onlar son anda təsəlliverici görüşlərdən məğlubiyyətlə ayrılıblar.

     13 idmançı ilə Parisə yollanan heyətə federasiya prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident Rəhman Hətəmov rəhbərlik edib. Baş məşqçinin köməkçisi Rəşad Hüseynovdan başqa beynəlxaq hakimlər Cahangir Babayev və Yusif Məmmədov da Premyer Liqada iştirak ediblər. 

     Səfərdə olan heyət yanvarın 26-da Bakıya dönəcək.

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov