Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

ŞƏHİD AİLƏLƏRİ KARATEÇİLRİ TƏBRİK ETDİ

A+ a-
01 Iyul 2015 16:56

     Avropa Oyunlarında böyük zəfər yazmış Azərbaycan karateçiləri, "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin "Şəhid ailələrinin Avropa Oyunlarının qaliblərinə təbriki" adlı tədbirdə iştirak ediblər. 

     Dövlət himninin səsləndirildikdən sonra vətən uğrunda şəhid olanların xatirəsi sükutla yad edildi. İctimai Birliyin sədri Almaz Zeynalova şəhid ailələri adından Avropa Oyunlarında uğurla çıxış edən idmançılarımızı təbrik etdi. O, karateçilərimiz də başqa olmaqla digər idman növlərində əldə edilən zəfərlərin şəhid ailələrini də çox sevindirdiyini bildirib.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və milli komandanın baş məşqçisi Rəhman Hətəmov bu diqqətə görə şəhid ailələrinə və ictimai birliyin rəhbərinə minnətdarlığını bildirərərək, belə mötəbər görüşlərin gələcək qələbələrə daha da stimul verdiyini söyləyiblər. Y.Bəşirov Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin, həmçinin 1-ci Avropa Oyunları Təşkilat komitəsinin sədri Mehriban Əliyevanın böyük səyləri nəticəsində Avropa Oyunlarının Olimpiya oyunları səviyyəsində keçdiyini deyib.  

İdmançılar çıxışlaında işğal altında olan torpaqlarımızı azad etməklə şəhidərimizin ruhunu sevindirmək üçün ali baş komandanın əmrinə daim hazır olduqlarını ifadə ediblər. İdmançıların döyüş məkanlarının yarış arenaları olduğunu qeyd edən natiqlər, qələbələrimizin həm də şəhidlərə həsr olunduğunu bildiriblər. 

     Şəhid ailələrinin təbrik çıxışlaranın ardından tədbirdə iştirak edən Avropa Oyunlarının mükafatçılarına və federasiya rəhbərliyinə "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyi tərəfindən fəxri diplomlar təqdim edilib. Sonda Avropa Oyunlarında tarix yazan karateçilərlə şəhid ailələri birgə xatirə şəkili çəkdiriblər. 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov