Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Avrop Oyunları təşkilat komitəsinin nümayəndələri federasiya üzvləri ilə görüşüb

A+ a-
09 May 2015 12:58

     Bakı 2015 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri ilə karate yarışlarının iştirakçıları yenidən görüşüblər. "İnter Arena"da federasiyanın təlim-məşq bazasında görüşdə Avropa Oyunlarında karate yarışlarının meneceri Dmitri Çigenev və texniki-əməliyyatlar meneceri Ana-Maria Stratu qarşıdakı məsul yarışla bağlı növbəti dəfə ətraflı məlumat verib.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Yusif Məmmədov və baş məşçqi Rəhman Hətəmov idmançılara Avropa Oyunlarının böyük məsuliyyət tələb etdiyini bir daha xatırladıb. Bütün rəqiblərin məlum olduğu və oyunlara son dərəcə ciddi diqqət edilməsinin vacibliyi tapşırğı verilib. Görüşdə həmçinin milli komandanın üzvlərini maraqlandıran suallara cavab verilib.

     18 may tarixində Bakı Kristal zalında karate üzrə test yarşının keiriləcəyi bildirilib və bununla bağlı məsələlər müzakirə olunub. Bakı 2015 1-ci Avropa Oyunlarında karate yarışları 13-14 iyun tarixlərində olacaq.

 

İctimaiyyətlə əlaqə və İnformasiya katibi Sənan Məhərrəmov