Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz hava limanında təntənə ilə qarşılandılar

A+ a-
04 May 2015 21:05

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İstanbulda nüfuzlu "Boğaziçi" Açıq Karate Turnirindən zəfərlə dönən karateçilərimiz Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənə ilə qarşılanıblar. 

     "Bosphorus Open"dən 1 qızıl və gümüş, 2 bürünc medallar, eləcə də komanda yarışlarının üçüncülüyünü qazanan  milli komandamızın üzvlərindən Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Ədilə Qurbanova (kata), Tural Balcanlı (kata), həmçinin Aytən Səmədli (+68 kq) bir günlük istirahətin ardından Avropa Oyunlarına həlledici hazırlıqlarını davam etdirəcəklər.  

     Türkiyədəki mötəbər yarışda idmançılarımızı 16-18 yaşlı gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyevlə məşqçi Denis Morozov müşayiət edib.