Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

19 aprel - AMKF prezidenti Yaşar Bəşirovun doğum günüdür

A+ a-
19 Aprel 2015 11:35

    19 aprel tarixində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti, AMKF rəyasət heyətinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü, Dünya Karate Federasyasının (WKF) Texniki komitəsinin üzvü, Əməkdar idman xadimi, Biologiya elmləri namizədi, Əməkdar idman ustası və 8-ci dan qara kəmər sahibi Yaşar Əyyub oğlu Bəşirovun doğum günüdür. 

    Y.Bəşirov tərəfindən 1994-cü ildən yaradılan AMKF-in 20 illik tarixində dünya və avropa çempionları yetişib, komanda yarışlarında böyük uğurlar əldə olunub, bir sıra mötəbər yarışların onlarla qalib və mükafatçıları var. Onun rəhbərliyi altında Azərbaycan karateçiləri mümkün olan titullardan çoxuna nail ola biliblər. Azərbaycan ötən illər boyu birgə zəhmətin nəticəsində uzun müddətdir ki, ən inkişaf etmiş karate ölkələri sırasındadır.  

    Federasiyanın kollektivi və Baş sponsor Azərbaycan Beynəlxalq Bankı Yaşar Bəşirovu bu xoş günü münasibəti ilə təbrik edir, ona uğurlu rəhbər fəaliyyətində daha böyük zəfərlər arzulayır.

    Ad gününüz mübarək!